DÜNYA » CƏMİYYƏT
28 Mart 2020, 10:38 (GMT +4)

Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

Bakı, 28 mart, SalamNews. Bu gün Çinin Uxan şəhərində koronavirus epidemiyası səbəbiylə iki aylıq fəaliyyətini dayandıran metro yenidən işləməyə başlayıb. 

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "People Daily" qəzeti məlumat yayıb.

COVID-19-un başlaması səbəbindən Uxan yanvarın 23-dən bəri karantində idi, şəhərlə nəqliyyat əlaqəsi dayandırılmış, yerli sakinlərin kənddən çıxması qadağan edilmişdir.

Şəhərdəki ictimai nəqliyyat da müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.