![]() |
DÜNYA » SİYASƏT |
![]() Makron: COVID-19 AB və Şengenin mövcudluğunu təhdid edir Bakı, 27 mart, SalamNews. Fransa Prezidenti Emmanuel Makron, koronavirus və onunla əlaqədar məhdudlaşdırıcı tədbirlərin Avropa Birliyinin mövcudluğunu təhlükə altına atdığı barədə xəbərdarlıq verib. SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyinə diplomatik mənbə məlumat verib. Makronun fikrincə Şengen müqavilələri çərçivəsində Avropa vətəndaşlarının sərbəst hərəkətinin təməl prinsipi təhlükə altındadır. "Avropa layihəsinin mövcudluğu təhlükə altındadır. Şengen-in ölümü təhlükəsi var", - deyə prezident video konfrans formatında Aİ sammiti zamanı bildirib.
|