AZƏRBAYCAN » CƏMİYYƏT
26 Mart 2020, 15:15 (GMT +4)

Xeyriyyəçi Elmar Kərimov Prezidentin çağırışına dəstək olub

Bakı, 26 mart, SalamNews.Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatının sədr müavini “Gözəl Bakı” MTK-nın rəhbəri Kərimov Elmar Hacı Oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə verib

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Sərəncamı ilə ölkədə koronavirusa qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.