DÜNYA » SİYASƏT
26 Mart 2020, 15:27 (GMT +4)

Səudiyyə Yəmən müharibəsinin 5-ci ildönümündə atəşkəsə razı olduğunu bildirib

Bakı, 26 mart, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya Yəməndə atəşkəsə razı olduğunu bildirib.

SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bunu koalisiyanın mətbuat xidmətinin rəhbəri Türki əl-Maliki deyib.

Əl-Maliki bildirib ki, Səudiyyə koalisiyası (mərkəzi qərargahları cənubda Ədən şəhərində yerləşən) Yəmən hökumətinin BMT-nin atəşkəs çağırışına müsbət cavab verməsini alqışlayır və atəşkəsin bərpa edilməsinə razılıq verir.

Bunun ardından mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmənin "Ali Sİyasi Şura"sının sədri Məhəmməd-Əli əl-Husi də qarşı tərəfin atəşkəsə razılıq verməsini alqışlayıb və vədlərin əməldə həyata keçirilməsini istəyib.