DÜNYA » SİYASƏT
26 Mart 2020, 12:43 (GMT +4)

İspaniyada koronavirusa görə fövqəladə rejimin müddəti uzadılıb

Bakı, 26 mart, SalamNews. Koronavirus pandemiyasına (COVİD-19) görə İspaniyada fövqəladə rejimin müddəti uzadılıb.

SalamNews Anadolu Agentliyinə istinadən xəbər verir ki, martın 14-də elan edilən və martın 29-da bitməsi nəzərdə tutulan rejim aprelin 11-dək uzadılıb.

Bununla bağlı ölkə parlamentində səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, 15 günlük rejim daha iki həftə uzadılıb. Fövqəladə rejimlə əlaqəli ölkədə ancaq xəstəxanalar, apteklər və marketlər açıq olacaq. Metro, avtobus, qatar və təyyarə səfərlərinin sayı da azaldılıb.

Eyni zamanda fövqəladə rejimin tələblərini pozanlar cərimə edilir.