RUSİYA » CƏMİYYƏT
26 Mart 2020, 12:24 (GMT +4)

Rusiyada koronavirusa yoluxma hallarının sayı 840-a çatıb

Bakı, 26 mart, SalamNews. Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.

Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb.