DÜNYA » CƏMİYYƏT
26 Mart 2020, 10:32 (GMT +4)

Türkiyədə son sutkada 561 nəfər koronavirusa yoluxub

Bakı, 26 mart, SalamNews, B.Samid. Türkiyədə son sutkada koronavirusdan 15 nəfər ölüb və bu virusa 561 nəfər yoluxub.

SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Türkiyənin Səhiyyə naziri son açıqlamasında bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 59-a çatıb.

Nazir əlavə edib ki, son sutkada 5,035 nəfərin analizlərinin cavablarına əsasən daha 561 nəfərin yoluxması qeydə alınıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,433 nəfərdir.

Qeyd edək ki, son statistikalara görə dünyada bu virusa yoluxanlar 463 min, ölənlər isə 20 mindən yuxarıdır.