AZƏRBAYCAN » CƏMİYYƏT
26 Mart 2020, 12:32 (GMT +4)

Qida Təhlükəsizliyi İnstitutu işçilərinin maaşları artırılıb

Bakı, 26 mart, SalamNews.Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

SalamNews xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən olunması barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.