DÜNYA » DİN
26 Mart 2020, 09:48 (GMT +4)

Bu gündən Şaban ayı başlayır - Ramazana bir ay qalıb

Bakı, 26 mart, SalamNews, B.Samid. Hicri-qəməri təqvimi ilə bu gün şaban ayının biridir. Şaban ayı 3 mənəvi aydan ikincisi və ramazandan öncəki aydır.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə şaban ayının biridir. Bu ay ramazandan sonra ən fəzilətli və mübarək aydır. 

İslam tarixində şaban ayının fəzilətini artıran bir sıra mühüm hadisələr baş verib:

-Hicrətin 4-cü ili şaban ayının 3-cü günü İmam Hüseyn (ə) dünyaya gəlib.

-Şaban ayının 4-ü hz.Əbülfəzl-Abbasın (ə) doğum gününə təsadüf edir.

-Ayın 5-i İmam Zeynəlabidinin (ə) mövlud günüdür.

-Şaban ayının 15-ci gecəsi 12-ci imam həzrəti Mehdinin (ə) doğum günüdür. 

Bu ayda həyata keçirilməsi tövsiyə edilən bir sıra əməllər var ki onların arasında Şabaniyyə adlı münacatın oxunması və orada yer alan mənəvi göstərişlər barədə düşünmək və onları həyata keçirmək böyük əhəmiyyət kəsb edir.