DÜNYA » CƏMİYYƏT
25 Mart 2020, 16:32 (GMT +4)

İspaniyada son sutkada 700-dən çox koronavirus xəstəsi ölüb

Bakı, 25 mart, SalamNews, B.Samid. İspaniyada koronavirusdan ölənlərin sayı Çini ötüb.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 738 nəfər həyatını itirib.

Ölkədə bu virusdan ölənlərin ümumi sayı 3,434-ə çatıb.

Nazirliyin məlumatına görə son sutkada koronavirusa yoluxanların sayı kəskin artaraq 47,610-a çatıb.