AZƏRBAYCAN » CƏMİYYƏT
26 Mart 2020, 10:44 (GMT +4)

Avtovağzaldan rayonlara getmək istəyən 1715 sərnişin biletini geri qaytarıb

Bakı, 26 mart, SalamNews.Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişinlərə geri qaytarılır.

SalamNews-un məlumatına görə, bu barədə BBAK-in mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. Onun sözlərinə görə, bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb: "Digər sərnişinlər də 29,30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər".

Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sərnişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər.

Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər.