DÜNYA » CƏMİYYƏT
25 Mart 2020, 15:52 (GMT +4)

İranda koronavirusla mübarizədə 43 həkim və tibb işçisi dünyasını dəyişib

Bakı, 25 mart, SalamNews, B.Samid. İranda koronavirusla mübarizə sahəsində 43 həkim və tibb işçisi dünyasını dəyişib.

SalamNews xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur rəsmi twıtter səhifəsində yazıb.

İran rəsmisi ölkədə koronavirusun qurbanlarının sayını açıqlayarkən bu zəmində ölən tibb işçilərinin sayını da açıqlayıb.

Onun szlərinə görə koronavirusla mübarizə zamanı 43 həkim və tibb işçisi bu xəstəliyə yoluxaraq dünyasını dəyişib.

Qeyd edək ki, İranda bu virusa yoluxanlar 27 min, ölənlərin sayı isə 2 mindən yuxarıdır.