AZƏRBAYCAN » SİYASƏT
25 Mart 2020, 17:00 (GMT +4)

DSX rəisi Dağıstanın Sərhəd İdarəsinin rəhbəri ilə görüşüb (FOTO)

Bakı, 25 mart, SalamNews.Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirib.

Bu barədə SalamNews-a Dövlər Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.