AZƏRBAYCAN » CƏMİYYƏT
24 Mart 2020, 14:35 (GMT +4)

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayırıb

Bakı, 24 mart, SalamNews. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Bu barədə SalamNews-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd edilir ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.