AZƏRBAYCAN » CƏMİYYƏT
24 Mart 2020, 14:15 (GMT +4)

AzTU Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Bakı, 24 mart, SalamNews. Azərbaycan Texniki Universiteti (AzTU) Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində ianə edib.

Bu barədə SalamNews-a ali təhsil müəssisəsindən məlumat verilib.