AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Mart 2020, 22:00 (GMT +4)

“Nurgun Group” Koronavirusla Mübarizə Fonduna 100 min manat ayırıb

Bakı, 22 mart, SalamNews. “Nurgun Group” dövlətimizin koronavirusla mübarizəyə dəstək çağırışına qoşuldu və Koronavirusla mübarizə fonduna 100.000 manat məbləğində vəsait ayırdı.

Qeyd edək ki, Fond 19 mart 2020-ci il tarixində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb və fondun yaradılmasında əsas məqsəd koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

“Nurgun Group” xalqımızı bu günlərdə daha diqqətli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstəriş və təlimatlarına əməl etməyə dəvət edir.