DÜNYA » SİYASƏT
19 Mart 2020, 17:08 (GMT +4)

Dünyada koronavirusdan ölənlərin sayı 9 276 nəfərə çatıb

Bakı, 19 mart, SalamNews. Dünyada koronavirusdan ölənlərin sayı 9 276 nəfərə çatıb.

SalamNews-un məlumatına görə, ən çox ölüm hadisəsi Çin (3245), İtaliya (2.978), İran (1.284), İspaniya (767) və Fransada (264) qeydə alınıb.

Qeyd edək ki, bu günə qədər infeksiyaya yoluxma 176 ölkədə qeydə alınıb.

Koronavirus keçən ilin dekabr ayında Çinin Uxan şəhərində yayılmağa başladı.

Dünyada bu günə qədər 225 237 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 85 823-ü sağalıb.