RUSİYA » SİYASƏT
17 Mart 2020, 16:15 (GMT +4)

Peskov: Putin və Lukaşenko bir gün əvvəl telefon danışığı keçirməyib

Bakı, 17 mart, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Belarus liderləri Vladimir Putin ilə Aleksandr Lukaşenkonun bir gün əvvəl telefon danışığı keçirmədiyini açıqlayıb.

“Bildiyimə görə, dünən heç bir söhbət olmayıb. Bu gün söhbət olacaq yoxsa olmayacaq hələ ki məlumatım yoxdur, hələlik prezidentin planında bu yoxdur, bu gün olduqca gərgin iş günüdür",  Peskov bildirib.

SalamNews RT-yə istinadən xəbər verir ki, bununla yanaşı o qeyd edib ki, Putin və Lukaşenko "tez-tez zəngləşir, gün ərzində bunu mütəmadi edə bilərlər".