AZƏRBAYCAN » CƏMİYYƏT
14 Mart 2020, 14:12 (GMT +4)

Orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Bakı, 14 mart, SalamNews.Azərbaycanda orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi təklif olunur.

SalamNews-un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) dəyişiklik ediləcək.

Dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.