AZƏRBAYCAN » İDMAN
13 Mart 2020, 21:36 (GMT +4)

Bakıdakı karate üzrə Avropa çempionatı ləğv olunub

Bakı, 13 mart, SalamNews. Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub. 

SalamNews-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib. O, bildirib ki, belə bir qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.

İ.Məmmədov 5 - 7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmayıb.

Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25 - 29 martda keçirilməli idi.