DÜNYA » SİYASƏT
13 Mart 2020, 16:45 (GMT +4)

Yunanıstanda ilk dəfə qadın prezident seçilib

Bakı, 13 mart, SalamNews. Yunanıstanda ilk dəfə qadın prezident seçilib.

Katerina Sakellaropulu and içərək dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

SalamNews "RİA Novosti" yə istinadla xəbər verir ki, beləliklə, dövlət tarixində ilk qadın prezident rəsmi şəkildə vəzifəyə başlayıb.

Sakellaropulu, ölkənin konstitusiyasını və qanunlarını qorumaq, suverenliyini qorumaq, xalqın maraqlarına xidmət etmək və hüquqlarına riayət etməyə söz verib.

Andiçmə mərasimindən sonra prezident, parlament sədri, hökumət başçısı və arxiyepiskop, dövlət başçısının vəzifəyə başlaması ilə bağlı protokol imzalayıb.

Sakellaropoul prezident sarayında keçmiş prezident Prokopis Pavlopoulos ilə vida mərasimində iştirak edib və Afinadakı Sintaqma meydanındakı Naməlum Əsgər abidəsi önünə gül dəstəsi qoyub.