DÜNYA » SİYASƏT
06 Mart 2020, 10:45 (GMT +4)

Ərdoğan diplomatik əlaqələrin 100 illiyi münasibətilə Putini Türkiyəyə dəvət edib

Bakı, 6 mart, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibəti ilə Türkiyəyə dəvət edib. SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ərdoğan özü məlumat verib.

"Bu il diplomatik münasibətlərimizin qurulmasının 100 illiyini qeyd edirik və bu münasibətlə cənab Putini ölkəmizə dəvət etdik" , deyə o, Moskvada Suriyadakı vəziyyətlə bağlı danışıqlardan sonra jurnalistlərə açıqlayıb.

Ərdoğan, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin uzun tarixə sahib olduğunu, Ankaranın Moskva ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığını davam etdirmək istədiyini qeyd edib.