DÜNYA » CƏMİYYƏT
05 Mart 2020, 12:21 (GMT +4)

Tramp koronavirusla mübarizədə İrana kömək etməyə hazır olduğunu bildirib

Bakı, 5 mart, SalamNews. İslam Respublikası bu təklifi qəbul edərsə, ABŞ koronavirusun yayılması ilə mübarizədə İrana kömək etməyə hazırdır.

SalamNews TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibəsində bildirib.

"Biz bunun öhdəsindən əla gəlirik, əla qrupumuz var. Mayk Pens çox yaxşı işləyir. Mən onu bu qrupun başına qoydum. Dünyadakı ən yaxşı həkimlər  bizdədi", Tramp deyib.

Tramp bildirib ki, onlar başqa ölkələrə də kömək edirlər.

"Əgər istəsəydilər İrana da kömək edərdik. Onlara ağır zərbə dəyib", o deyib.