DÜNYA » CƏMİYYƏT
28 Fevral 2020, 17:43 (GMT +4)

İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

Bakı, 28 fevral, SalamNews. İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb.

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatlarında deyilir.

"28 fevral 2020-ci il tarixində İspaniyada 32 koronavirus infeksiyasına yoluxma qeydə alınıb", Səhiyyə Nazirliyinin Twitter hesabında deyilir.

Bu günə qədər ən çox yoluxmalar Valenciyada qeydə alınıb, burada 8 nəfər virusa yoluxub. Kanar adalarında və Andalusiyada daha altı nəfərdə yoluxma aşkar edilib.

İspaniya paytaxtında bu günə qədər yalnız beş hadisə qeydə alınıb.