QAFQAZ » CƏMİYYƏT
27 Fevral 2020, 15:11 (GMT +4)

Gürcüstan koronavirus səbəbindən İrandan gələn vətəndaşların girişini məhdudlaşdırıb

Bakı, 27 fevral, SalamNews. Gürcüstan hökuməti koronavirus səbəbi ilə İran vətəndaşlarının ölkəyə girişinə iki həftəlik qadağa qoyub.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu səhiyyə naziri Yekaterina Tikaradze açıqlayıb.

Bundan əvvəl Gürcüstan, İranda koronavirusun yayılması səbəbindən bu ölkə ilə birbaşa uçuşları məhdudlaşdırıb. Gürcüstan Səhiyyə Nazirliyi, ölkədə ilk koronavirus infeksiyası hadisəsinin qeydə alındığını bildirib.

İrandan Azərbaycan vasitəsi ilə Gürcüstana keçən vətəndaşda virus aşkar edilib.