DÜNYA » SİYASƏT
27 Fevral 2020, 12:26 (GMT +4)

Blumberq Rusiyanı prezident seçkilərində Sandersə kömək etməkdə ittiham edib

Bakı, 27 fevral, SalamNews. Maykl Blumberq demokratlar arasındakı müzakirələr zamanı bildirib ki, Rusiya onun rəqibi Berni Sandersə kömək edir.

SalamNews RİA"Novosti"yə istinadən xəbər verir ki, milyarderin fikrincə Sanders seçkidə uduzmalı və Trampa yol verməlidir.

Blumberq hesab edir ki, Rusiya prezidenti Putin şəxsən Trampın vəzifəsində qalmasında maraqlıdır.

Sanders isə öz növbəsində bildirib ki, əgər prezident olsa, Putin heç vaxt "seçkilərə müdaxilə edə bilməyəcək.