DÜNYA » SİYASƏT
26 Fevral 2020, 15:11 (GMT +4)

Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

Bakı, 26 fevral, SalamNews. Cənubi Koreyada 115 yeni COVID-2019 koronavirusuna yoluxma halı qeydə alınıb, bununla  ölkədə yoluxanların ümumi sayı 1261 nəfərə çatıb, on iki nəfər ölüb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (KCDC)  məlumat yayıb.

Cənubi Koreya epidemioloji təhlükənin ən yüksək səviyyədə olduğunu elan edib.

Məlumata görə, yeni yoluxma hallarının 33-ü Tequda, 49-u Kensan-Puktoda qeydə alınıb.