AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Fevral 2020, 12:23 (GMT +4)

Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

Bakı, 25 fevral, SalamNews. Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib.

SalamNews xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.

Məlumata görə, tərəflər arasında saziş 6 dekabr 2019-cu ildə Bakıda imzalanıb.

Qeyd olunduğu kimi, saziş yükdaşımaların həcmini artırmağı hədəfləyir.

Belə ki, 2020-ci il üçün tərəflər arasında 35 min həcmində yük daşınması nəzərdə tutulub.