RUSİYA » CƏMİYYƏT
21 Fevral 2020, 17:44 (GMT +4)

Moskvada 20-dən çox çinli turist həkimlərdən qaçıb

Bakı, 21 fevral, SalamNewsMoskvada 20-dən çox Çin vətəndaşı ekskursiya avtobusunda həkimlərdən qaçıb.

SalamNews REN TV-yə istinadən xəbər verir ki, Çindən gələn turistlər fevralın 20-də "Novoslobodskaya" metro stansiyasının girişində saxlanılıb.

Onlara karantin müddətində oteldə qalmalarını tələb edən sertifikatlar verilsə də, turistlər ekskursiyaya getməyə qərar veriblər.

Bölgəyə polis əməkdaşları və təcili yardım çağırılıb. Təcili yardım maşını görən turistlər ekskursiya avtobusuna minərək bölgədən uzaqlaşıb.

Bələdçinin verdiyi məlumata görə, turistlərin teatra ziyarəti planlaşdırılıbmış.