DÜNYA » HADİSƏLƏR
20 Fevral 2020, 16:38 (GMT +4)

Avstraliyada sərnişin qatarı relsdən çıxıb

Bakı, 20 fevral, SalamNews. Avstraliyanın Viktoriya əyalətində sərnişin qatarı relsdən çıxıb, bir neçə sərnişin vaqonların içində qalıb. SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə "7News" məlumat yayıb.

Hadisə Melburndan 45 kilometr məsafədə yerləşən "Uollan" dəmiryol stansiyası yaxınlığında baş verib. Beş vaqon və bir lokomotiv relsdən çıxıb.

Kanalın məlumatına görə, qəza baş verən zaman qatarda təxminən 200 nəfər olub.

Əraziyə təcili yardım xidmətləri göndərilib. Melburn və Sidney arasındakı qatarların hərəkəti dayandırılıb.

Yerli mətbuatın vediyi xəbərə görə, çox sayda xəsarət alanların ola biləcəyi ehtimal edilir.