AZƏRBAYCAN » İQTİSADİYYAT
19 Fevral 2020, 09:45 (GMT +4)

Azərbaycan nefti ucuzlaşıb

Bakı, 19 fevral, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1 ABŞ dolları, yaxud 1,63% azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,26 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.