DÜNYA » SİYASƏT
10 Fevral 2020, 09:52 (GMT +4)

Suriya Ordusu Dəməşq-Hələb yolu üzərində daha 5 kəndi nəzarətə götürüb (VİDEO)

Bakı, 10 fevral, SalamNews, B.Samid. Suriya Ordusu Dəməşq-Hələb yolu üzərində yerləşən daha 5 kəndi və strateji əl-İys təpəsini ələ keçirib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Suriya Ordusu Hələb-Dəməşq yolu üzərində 5 kəndi, xüsusilə də əl-Qammari kəndini azad etməklə strateji M5 yolunun 20 km-nin təhlükəsizliyini təmin edib.

Ötən gün ordu əl-İys kənd və onun yaxınlığında yerləşən strateji təpəni də ələ keçirib.

Məlumata görə adıçəkilən yolun yalnız 12 km-i radikal qruplaşmaların nəzarətində qalıb.

Bununla yanaşı Türkiyə Ordusunun bölgəyə hərbi qüvvələr ezam etməsi davam etdirilir.

Qeyri rəsmi mənbələr Rusiya və Türkiyə tərəflərinin İdliblə bağlı danışıqlarının səmərəsiz bitdiyini bildirirlər.