AZƏRBAYCAN » CƏMİYYƏT
29 Yanvar 2020, 16:44 (GMT +4)

Kür çayında batan şəxsin axtarışlarına FHN-in dalğıc-axtarış qrupu cəlb edilib

Bakı, 29 yanvar, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına kömək göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən SalamNews-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.