DÜNYA » SİYASƏT
28 Yanvar 2020, 17:22 (GMT +4)

AB bəzi rusiyalı məmurlara qarşı sanksiya tətbiq edə bilər

Bakı, 28 yanvar, SalamNews. Avropa Birliyi, 2020-ci ilin payızında Krımda keçiriləcək seçkilərlə bağlı  Rusiyadan olan daha bir neçə məmurun qara siyahıya salınmasını təsdiqləyib.

Brüsseldəki diplomatik mənbənin verdiyi məlumata görə, AB ölkələri bu mövzuda artıq konsensus əldə ediblər. Rəsmi qərarın növbəti iclasda elan edilməsi planlaşdırılır.

SalamNews TASS-a istinadən xəbər verir ki, Kipr bu məsələyə qoyduğu vetonu götürdükdən sonra qərarı qəbul etmək mümkün olub.