DÜNYA » HADİSƏLƏR
28 Yanvar 2020, 15:44 (GMT +4)

Türkiyədə 5.1 bal gücündə zəlzələ baş verib

Bakı, 28 yanvar, SalamNews. Türkiyənin Manisa vilayətində 5.1 bal gücündə zəlzələ baş verib. 

SalamNews xəbər verir ki, Türkiyə vaxtı ilə 14.26-da meydana gələn zəlzələnin episentri Kırkağac rayonunda yerləşib.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) zəlzələnin 4.8 bal olduğunu açıqlasa da, Kandilli rəsədxanası 5.1 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ İstanbul və Bursada da hiss edilib.

Yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb.