DÜNYA » SİYASƏT
25 Yanvar 2020, 13:15 (GMT +4)

Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

Bakı, 25 yanvar, SalamNews. İngiltərənin Baş naziri Boris Conson İngiltərənin Avropa Birliyindən çıxması ilə bağlı qanun imzaladığını açıqlayıb.

SalamNews bu barədə İnterfaks-a istinadən xəbər verir.

"Bu gün mən 31 yanvarda Birləşmiş Krallığın AB-dən çıxmasına dair müqavilə imzaladım və bununla da Böyük Britaniya xalqının mənə verdiyi demokratik mandata əməl etdim", Conson bildirib.

"Bu akt bizim milli tariximizdə yeni bir fəslin açıldığından xəbər verir", deyə baş nazir əlavə edib.

Böyük Britaniya Kraliçası II Yelizaveta "Brexit" haqqında qanun layihəsini imzalayıb.