DÜNYA » SİYASƏT
24 Yanvar 2020, 15:05 (GMT +4)

Ərdoğan Liviyada Suriyadakı səhvi təkrarlamamağa çağırıb

Bakı, 24 yanvar, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriyadakı səhvi Liviyada  təkrarlamamağa və Liviya Milli Ordusunun rəhbəri Xalifa Haftara beynəlxalq təzyiqi artıraraq onu barışığa inandırmağa çağırıb.

"Əsas məqsədimiz bölgədəki qarşıdurmaları aradan qaldırmaqdır. Biz Rusiya və Almaniya ilə işləyirik. Putin ilə Liviyada atəşkəs mövzusunda razılaşma əldə etdik və daha sonra Berlin Konfransı keçirilib. Burada 55 maddədən ibarət kommunike qəbul edilib. Suriyadakı səhvi Liviyada təkrarlamağa ehtiyac yoxdur", Ərdoğan İstanbulda türk-alman universitetinin yeni binasının açılışında danışarkən deyib.

SalamNews xəbər verir ki, mərasimdə Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel də iştirak edir.