DÜNYA » SİYASƏT
24 Yanvar 2020, 11:21 (GMT +4)

Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış keçirilib 

Bakı, 24 yanvar, SalamNews. Ermənistan Xüsusi İstintaq Xidmətinin (CCC) əməkdaşları Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın evində axtarış aparıblar.

SalamNews bu barədə "Sputnik-Ermənistan"a istinadən xəbər verir.

"Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət iş çərçivəsində müstəntiqlər Hrayr Tovmasyanın evinə basqın təşkil edib",  CCC mətbuat xidmətinin rəhbəri Marina Ogancanyan deyib.

Qeyd olunur ki, Tovmasyana qarşı iki cinayət işi qaldırılıb.

O, 2019-cu ilin oktyabrında keçmiş parlament spikeri Ara Babloyanla birlikdə hakimiyyəti ələ keçirməkdə ittiham edilir.