DÜNYA » SİYASƏT
23 Yanvar 2020, 14:06 (GMT +4)

El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

Bakı, 23 yanvar, SalamNews. Yanvarın 19-dan bəri İspaniyada tüğyan edən "Qloria" fırtınası nəticəsində azı 10 nəfər ölüb. SalamNews xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, daha dörd nəfərin itkin düşdüyü bildirilir.

Bundan əlavə, onlarla insan itkin düşdüyü barədə məlumatlar var.

Fırtınanın güclü külək, qar yağışı və leysanlarla müşayiət olunduğu qeyd edilir.