DÜNYA » SİYASƏT
23 Yanvar 2020, 13:08 (GMT +4)

İdlibdə radikal qruplaşmaların hücumunda ölən suriyalı əsgərlərin sayı 40-ı keçib

Bakı, 23 yanvar, SalamNews, B.Samid. Ötən gün radikal qruplaşmaların İdlibdə həyata keçirdikləri hücum nəticəsində ölən Suriya Ordusu əsgərlərin sayı 40-ı keçib.

SalamNews xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.

Mərkəz, twitter-dəki səhifəsi vasitəsilə elan edib ki, ötən gün İdlibdə radikal qruplaşmaların hücumu nəticəsində ordu 40 əsgərini itirib. Suriya Ordusunun daha 80 əsgərinin yaralandığı deyilir.

Məlumata görə “Ən-Nusra Cəbhəsi” və ona tabe olan birləşmələrin 3 istiqamətdə həyata keçirdikləri ötən günkü hücumda 2 yaşayış massivi zəbt edilib.

Mərkəz bundan öncə yalnız 8 əsgərin həlak olduğunu bildirmişdi.

İdlib əyalətində atəşkəs son iki həftədə intensiv şəkildə pozulurdu.