AZƏRBAYCAN » İQTİSADİYYAT
24 Yanvar 2020, 11:46 (GMT +4)

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 24 yanvar, SalamNews.Ötən ilin dekabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 7722 olub.

Dövlət Gömrük Komitəsindən SalamNews-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 7095-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 519-u yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 55-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.