QAFQAZ » HADİSƏLƏR
22 Yanvar 2020, 14:18 (GMT +4)

Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib

Bakı, 22 yanvar, SalamNews. Gürcüstanda 3,3 bal gücündə zəlzələ baş verib.

SalamNews xəbər verir ki, məlumatı Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi yayıb.

Zəlzələlər Tbilisi vaxtı ilə saat 11: 24-də qeydə alınıb.

Zəlzələnin episentri Ozurgeti rayonundan 14 km məsafədə yerləşən Xino kəndi yaxınlığında yerləşib.