DÜNYA » SİYASƏT
21 Yanvar 2020, 17:20 (GMT +4)

Türkiyə XİN rəhbəri: Ərdoğan Putini İdlibdəki hücumların dayandırılmasına kömək etməyə çağırıb

Bakı, 21 Yanvar,  SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini Suriyanın İdlib bölgəsindəki eskalasiya zonasında hücumlara son qoymağa kömək etməyə çağırıb.

SalamNews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Berlində Liviya mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində dövlət başçıları arasında bu mövzuda dialoq baş tutub.

"Prezidentimiz Putinə statistik məlumatları göstərib və vəziyyətin ciddiliyini izah edib.

Görüş zamanı o, açıq  şəkildə cənab Putinə bildirib ki, hücumlar dayandırılmalıdır. Eyni müraciət ilə beynəlxalq birliyə də səsləndik", Çavuşoğlu qeyd edib.