RUSİYA » HADİSƏLƏR
20 Yanvar 2020, 14:34 (GMT +4)

Rusiyada oteldə qaynar su borusunun partlaması nəticəsində beş nəfər ölüb

Bakı, 20 yanvar, SalamNews. Rusiyanın Perm şəhərində "Karamel" otelində qaynar su borunun partlaması nəticəsində yanıq xəsarətləri alan beş nəfər dünyasını dəyişib.

SalamNews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin RİA "Novosti"yə açıqlamasında deyilir.

Hadisə, bazar ertəsinə keçən gecə baş verib.

Cəsədlər otaqdakı isti su çəkildikdən sonra aşkar edilib.

Regional Səhiyyə Nazirliyinin məlumatına görə, daha üç nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Bir qadının vəziyyəti ağırdır.