QAFQAZ » CƏMİYYƏT
17 Yanvar 2020, 17:43 (GMT +4)

Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

Bakı, 17 yanvar, SalamNews. İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, 38 yaşlı Georgi Kutoyanın meyiti tapılıb.

SalamNews bu barədə "İnterfaks"a istinadən xəbər verir.

"Paruyra Sevak küçəsindəki mənzillərdən birində keçmiş SNB direktoru Georgi Kutoyanın cəsədi tapılıb", - Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq qrupu hadisə yerinə yollanıb.