DÜNYA » HADİSƏLƏR
10 Yanvar 2020, 18:03 (GMT +4)

Moskvadan uçan Norwind şirkətinə aid təyyarə Antalyada sərt eniş edib

Bakı, 10 yanvar, SalamNews. Cümə günü Moskvadan uçan və Rusiyanın "Norwind Airlines" şirkətinə aid sərnişin təyyarəsi Antalyada sərt eniş edib. Bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşmış Türkiyənin "Airporthaber" portalı xəbər verib.

SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, təyyarənin pilotları tüstülənmə səbəbilə Antalyada təcili eniş etməli olublar. Eniş zamanı zədələnən təyyarədə xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.