DÜNYA » HADİSƏLƏR
09 Yanvar 2020, 13:20 (GMT +4)

Suriyada partlayış nəticəsində dörd türk hərbçisi həlak olub

Bakı, 9 yanvar, SalamNews. Suriyanın şimal-şərqində baş verən partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin  dörd əsgəri həlak olub. SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

"Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə minalanmış avtomobilin partlaması nəticəsində 4 hərbçi ölüb", açıqlamada deyilir.