AZƏRBAYCAN » CƏMİYYƏT
08 Yanvar 2020, 13:51 (GMT +4)

Bakıda mağazadan pul oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı, 8 yanvar, SalamNews. Bakıda keçmiş məhkum mağazadan pul oğurlayıb.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki mağazaların birindən 1530 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdullayev saxlanılıb.