![]() |
DÜNYA » SİYASƏT |
![]() Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinən 100-dən çox şəxs saxlanılıb Bakı, 30 dekabr, SalamNews, B.Samid. Türkiyə təhlükəsizlik qüvvələri eyni zamanda ölkənin 6 əyalətində əməliyyat həyata keçirərək, İŞİD-ə üzvlükdə şübhəli bilinən 100-dən çox şəxsi saxlayıb. SalamNews Anadolu-ya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri ölkənin Samsun, Bursa, Adana, Batman, Kayseri və Anakara əyalətlərində İŞİD-lə bağlı əməliyyat həyata keçirib. Təkcə bir gün ərzində 100-dən çox şəxs saxlanılıb. Batman Prokurorluğunun əmri ilə əyalətdə 22 şəxs İŞİD-ə üzvlükdə şübhəli bilinərək saxlanılıb. Burada əməliyyatlar zamanı iki şübhəlinin qaldığı mənzillərdən silah-sursat aşkarlanıb. Kayseri əyalətində saxlanılanlardan 9-u İraq vətəndaşıdır. Anakarada saxlanılanlardan 30-u iraqlı, ikisi suriyalı, biri isə mərakeşlidir. Ümumiyyətlə saxlanılanların çoxunu ərəb ölkələrinin vətəndaşları xüsusilə də iraqlılar təşkil edir. |