DÜNYA » SİYASƏT
23 Dekabr 2019, 12:39 (GMT +4)

Türkiyə nümayəndə heyəti İdlibdəki vəziyyəti müzakirə etmək üçün Moskvaya gedir

Bakı, 23 dekabr, SalamNews. Türkiyə Suriyanın İdlib şəhərinə hücumlara son qoymaq üçün əlindən gələni edir.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə nümayəndə heyəti sabah İdlibdəki vəziyyəti müzakirə etmək üçün Moskvaya yola düşəcək.

"Bu danışıqların nəticələrinə əsasən hansı addımlar atacağımıza qərar verəcəyik", o deyib.

Prezident Ərdoğan qeyd edib ki, mövcud vəziyyətə görə, İdlibdə 80 mindən çox sakin Türkiyə sərhədlərinə köç etməyə başlayıb.

Ərdoğan Ankaranın təkbaşına bu qaçqınlara görə məsuliyyət daşıya bilməyəcəyi barədə xəbərdarlıq verib.